İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

ATEİZM, DEİZM VƏ TEİZM. 12-ci mövzu.


SUAL: İSLAMIN NƏZƏRİNDƏ VİCDAN NƏDİR?


VİCDAN ALLAHIN VARLIĞINI SÜBUT EDƏN ƏN DOĞMA DƏLİLDİR.

Materialistlər iddia edirlər ki, vicdan anlayışı heç də ilahi anlayış deyil. Materialist psixoloqlara görə insan cəmiyyətində, insanı əhatə edən mühitə qarşı öz əxlaqı həddində hiss etdiyi məsuliyyət hissi vicdandır. Onlar iddi edirlər ki, vicdan ictimai şüurun və ictimai qınaqın məhsuludur. Yəni vicdan ictimai əlaqələr zamanı yaranmış, formalaşmış və şəraitdən aslı olaraq dəyişkən bir varlıqdır.

İslamın nəzərində isə bu iddia kökündən yanlışdır. Əgər biz nə cəmiyyətləri və nə də ictimai şüurları olmayan heyvanları araşdırsaq o zaman müşahidə edərik ki, heyvanlarda da belə özlərinə məxsus formada cüzidə olsa pisi yaxşıdan ayıran bir hissiyat (vicdan) var. Kimlərsə bunu instinkt ilə qarışdırsalarda, lakin bu mövzu instinktdən tam fərqli bir mövzudur. Pişik ictimai şüur prosesinə yad varlıq olduğu halda lakin öz natəmizliyini gizlətməyə çalışır, görəsən o bu pisliyi gizlətmək hissini hansı cəmiyyətdən öyrənib? Və yaxud evdə çox rahatlıqla gəzən bir pişik insan evə daxil olarkən kəskin reaksiya verməz. Lakin onu evə daxil olarkən stolun üzərində nəsə oğurladığı halda gördüyümüz zaman dərhal özünü qorumaq üçün kəskin reaksiya verər və gizlənməyə yer gəzər. Aslanın məğrur olması, göyərçinin və canavarının öz yoldaşına ömrünün sonuna qədər sadiq olması, dəvənin utancaq olması və yad baxışı hiss etdiyi müddətdə heç bir cinsi əlaqəyə meyl etməməsi, itin öz ölmüş sahibinə müxtəlif vasitələrlə göstərdiyi sədaqət nümunələri və digər nümunələr də sübut edir ki, hətta heyvanat aləmində belə tərbiyə görmədən, anadan gəlmə mövcud olan xüsusi bir hiss - vicdan vardır.

20-ci əsrin sonlarında Qahirə sirkində qəzəblənmiş bir şir öz təlimçisi Məhəmməd Nuluvinin üzərinə atılaraq onu ölümcül yaralamış və təlimçi bu ağır yaradan ölmüşdür. Bu hadisədən sonra həmin şir yem qəbul etməkdən imtina edərək öz yuvasına çəkilmiş, nə insanlara və nədə yeməyə maraq göstərməyərək hərəkətsiz oturmuşdur. Sonradan o şiri zooparka köçürmüş və yanına bir dişi şir salmışlar. Lakin o isə dişi şiri döymüş və qəfəsdən qovmuşdur. Onun bu davranışı o həddə qədər davat etmişdir ki, şir sonda öz pəncəsini gəmirib parçalamış və ölmüşdür.

Buna bənzər minlərlə misallar da sübut edir ki, heyvanlarda əzab çəkir və həyəcan keçirirlər. Görəsən materialistlərin iddia etdiyi kimi olsaydı öz təlimçisini öldürən şiri belə etməyə hansı ictimai şüur və ya hansı ictimai qınaq vadar etmişdi?

İkinci məsələ isə budur ki, vicdanın doğru qəbul etdiyi və ya səhv hesab etdiyi mövzular bütün insanlarda müştərəkdir və eynidir. Yəni belə deyil ki, bir insan oğurluq etdiyi zaman vicdanı ona bunu düz etdiyini və başqasının min bir əziyyətlə qazandığı halal malını oğurlamaqın heç bir eyib olmadıqını bildirsin, digər insanı isə onun vicdanı bu çirkin əmələ görə sıxsın, xəcalət çəkməyə və pis iş gördüyünü qəbullanmağa vadar etsin. Vicdan hamıya eyni əmri verərək, oğurluqun pis iş olduğunu hiss elətdirər və bu əməli etmiş insanı daima sıxar, incidər. Hə burada bir məsələyə də diqqət lazımdır ki, bəzən ola bilər ki, insan vicdanın səsin elə boğsun ki, onun səsini, ağrsını hiss edə bilməsin. Bu isə vicdanın olmaması anlamına gəlməməlidir. Çünkü heç kim anadan olduğu andan vicdansız doğulmur. Sadəcə sonrakı həyat prosesləri zamanı edilən çirkin əməllərin çoxluğu və adiləşməsi artıq vicdanın xəbərdarlığını və ağrısını unutdurur.

Vicdan anlayışı ateistlərin dediyi qədərdə adi və bəsit bir anlayış deyil. Vicdan mövzusu barədə çox deyilib və çox şey yazılıb. Vicdan sanki mənəvi bədənimizdə yerləşən bir orqandır ki, insan səhv addım atdığı zaman hormon ifraz edərək mənəvi bədənimizdə, yəni ruhumuzda ikrah və ağrı yaradır. Vicdanı hər şeydən fərqləndirən əsas xüsusiyyəti onun daima ədalətli olmasıdır. Məşhur yazıçı Viktor Hüqo bu barədə belə demişdir ki, "İnsanlar çox zaman anlayırlar ki, pis iş görəcəkləri zaman vicdan onlara aman verməyəcək. Ona görədə ilk öncə vicdanı qane etmək üçün nəsə bir cavab axtarır və öz etdikləri əməlin həqiqətini vicdandan gizlətmək üçün o çirkin əmələ müsbət bir don geydirməyə çalışırlar."

İslamın nəzərində isə vicdan Allahın insan ruhunda yaratdığı və insanın həqiqətində mövcud olan bir məhfumdur, insanda Allahın fitri nişanəsidir, insan ruhunun həqiqətinə qarışmış bir keyfiyyətdir. Vicdan hissi digər canlılara nisbətdə ən kamil formada insanda müşahidə olunur. Yuxarıda qeyd etdiyimiz kimi bəzən heyvanlarda da vicdanın azda olsa işartısı olduğu halda, vicdanın tam keyfiyyətlə mövcud olduğu varlıq insandır. Vicdan insan nəfsini daima ədalətə təşviq edən bir nəzarətçidir. Quranda Şəms surəsində 7-9-cu ayələrdə belə buyurulur:
- «And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!».

Bu ayədə Allahın söz açdığı günahlardan və pis əməllərdən çəkinməyi öyrənən nəfs elə vicdanın özüdür. Burada diqqət olunmalıdır ki, nəfs heç də hər zaman pisliyə əmr edən bir varlıq deyil və nəfsin müxtəlif növləri mövcuddur. Burada haqqında danışılan nəfs isə yaxşılığa təşviq edib, pislikdən çəkindirən - vicdanın özüdür. Mövzuya başqa yöndən baxarıqsa, biz vicdana sağlam ağlın qəbul etdiyi ədalətli qərarları icra etməyə insanı vadar edən, məcbur edən bir hiss kimidə tərif verə bilərik. Vicdanın digər bir xüsusiyyəti də insanın bilavasitə doğru olan şeyi tapmasına kömək etməsidir. Başqalarının köməyinə ehtiyac duymadan vicdan insana doğru yolu göstərəcəkdir, mühüm olan insanın vicdanına müraciət etməsi, ona qulaq asması və onun dediklərini etməsidir. Bu səbəblə deyə bilərik ki, vicdan dinin əsas amillərindən biridir.

Vicdanı daxili hakim adlandırsaq düşünürəm ki, yanılmarıq və çünkü vicdanın məhkəməsi yeganə məhkəmədir ki, onun qərarından qaçmaq mümkünsüzdür, sadəcə gərək vicdanın səsi batırılmaya. Maksim Qorkinin bu barədə belə bir ifadəsi vardır ki, "yalnız özünü yalan, azğınlıq və abırsızlıq zirehinə bürümüş şəxs vicdan məhkəməsindən çəkinməz"

Əgər diqqətlə nəzər yetirilsə o zaman şahid olarıq ki, sağlam vicdanın əmri ilə İslamın ilahi qanunları (Quran və sünnə) tam vəhdət təşkil edirlər. Çünkü vicdanın yaradılış mərkəzi ilə, ilahi qanunları göndərən mərkəz eyni ünvan olan - Allahdır. Allah vicdanı sanki ilahi əmrlərin daxilimizdə olan güzgüsü olaraq yaradıb. Yəni vicdan ilahi qanunların daxilimizdəki səsidir, təcəllasıdır. Yaxşını pisdən ayırmaq xüsusiyyəti sağlam ağılın işi olsada, sağlam vicdan bəzən ağılın yaxşıya pis, pisə yaxşı kimi don geydirməsinin qarşısını alan bir ilahi hissdir, ağılın işlərini ölçən və qiymət verən tərəzidir.

Nə qədər ki, vicdan hissi insan yaradılışının qayəsində kök salıb heç bir zaman düzgünlük, mərhəmətli olmaq, ədalətli olmaq, mehriban olmaq pis bir xüsusiyyət sayılmayacaq və əksinə zalımlıq, alçaqlıq, kobudluq, abırsızlıq, yalan isə yaxşı xüsusiyyət sayılmayacaqdır. Əxlaqi qanunların, məhfumların mütləq olaraq sabit qalmasına, dəyişilməməsinə və nisbi məhfuma çevrilməməsinin ən əsas səbəbkarı daxilimizdə olan dəyişilməz vicdan hissidir. Xülasə olaraq onu deyək ki, bəşəriyyət bu gün bütün gözəlliklərin yaşamasına görə öz daxilindəki vicdan hissinə çox şey borcludur.


Mənsurov Bəşir
30.11.2016

Oxşar xəbərlər
ATEİZM, DEİZM VƏ TEİZM. 11-ci mövzu
SUAL: HƏR ŞEYİN YARADICISI ALLAHDIR. BƏS ALLAHIN ÖZÜ KİM TƏRƏFİNDƏN VƏ NECƏ YARADILIB? CAVAB: Bu sual daima nəinki İslam, hətda normal ateizm təfəkküründən belə xəbəri olmayanlar tərəfindən dəfələrlə İslam mütəfəkkirlərinə ünvanlanmış və

İnsanın yaradılışı
Əgər insan düşünərək “mən necə mövcud olmuşam?” sualına cavab tapmağa çalışmasa, əsasən, “necə oldusa, oldum” kimi məntiqə qapılacaq. Bu məntiqə qapıldıqda da ona bu cür mövzular üzərində düşünməyə imkan tanımayan həyat tərzini mənimsəyəcək.

ATEİZM, DEİZM VƏ TEİZM. 7-ci mövzu
SUAL: Şeytanın yaradılışında məqsəd nədir? Niyə Allah insanların azmasına səbəb olan bu tip şər varlığı yaratdı? Şeytanın yaradılışı hansı məntiqə əsasəndir? CAVAB: Bu suala cavab verməmişdən öncə ilk olaraq onu deyək ki, müsəlman əqidəsinə və

ATEİZM, DEİZM VƏ TEİZM. 6-cı mövzu
[Ateistlərin inanclı insanlara yönləndirdiyi maraqlı suallardan biri də budur: SUAL: Dünyada elə tayfalar, millətlər yaşayır ki, onların dinlərdən, peyğəmbərlərdən və ilahi əmrlərdən xəbəri yoxdur. Bəs o zaman onların aqibəti necə olacaq? Əgər

ATEİZM, DEİZM VƏ TEİZM. 4-cü mövzu.
ALLAHIN VARLIĞINI İSBAT ETMƏK MÜMKÜNDÜRMÜ? Son sərlərdə, dünyada, xüsusəndə Avropada belə bir fikir yaranmışdır ki, Allah mövzusu bəşərin həll edə bilməyəcəyi mövzudur. Bu fikri irəli sürənlər Allahın varlığını inkar etmirlər, əksinə



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 42
    Qonaqlar: 41

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---