İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



imameli.az

ATEİZM, DEİZM VƏ TEİZM. 2-ci mövzu.

Bu mövzuda sizə bu üç termin barədə qısa məlumat vermək istəyirəm.
ATEZİM - “Ateist” hərfi tərcümədə “tanrıya inanmayan” deməkdir. Ateizm anlayışının tarixi qədim yunan mədəniyyətində e.ə. V əsrə gedib çıxsa da, o, XVIII əsrdə yəhudi-xristian tanrısına inamsızlıq dünyagörüşü kimi Avropada meydana gəlib. Qərbdə ilk dəfə özünə ateist deyən fransız maarifçi filosofu baron Holbax (XVIII əsr) olmuşdur. İslam terminologiyasında bu sözün qarşlığı - Kafirlik kimi təqdim olunur. Hal hazırda dünyada 1 milyarda yaxın ateist düşüncəli insanın yaşadığı ehtimal olunur. Avropa ölkələri içərisində ən çox ateistin yaşadığı ölkə Farnsadır. Əhalisinin 33 faizi Tanrıya inanmır. Atezim düşüncəsi özüdə bir neçə hissəyə ayrılır və ateistlərin içərisində tanrının varlığını inkar etməyib, lakin onu önəmsiz sayanlarda var. Ateizmin qismləri : Praktik ateizm, Nəzəri ateizm, Teorik Ateizm, Materializm, Laqeyd Ateizm, Neqativ və pozitiv ateizm və sairə.
DEİZM - ("deus" latın dilindən hərfi tərcümədə tanrı deməkdir.) Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını bəyan edən, lakin Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edən təlimdir. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizmin daxilində çoxlu cərəyanlar var. Deizmin sərt qanunları olmadığına görə onun sərhədlərini də müəyyən etmək çətindir. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.
TEİZM - ( "teos" sözü yunan dilində Allah deməkdir) Allahı bütün həqiqəti ilə qəbul edən dini-fəlsəfi təlim. Daha dəqiq, kainatla Tanrı arasındakı əlaqəni aydınlaşdıran, mövcud kainatın yaranması və idarəsinə cavabdeh olan bir Tanrı anlayışını özündə əks etdirən, bu Tanrının müxtəlif yollarla din göndərdiyi fikrini müdafiə edən əqidədir. Bu yanaşmaya görə, Tanrı daima insanlarla əlaqə halındadır. Bu baxışları mənimsəmiş insanlara Teist deyilir. Bu inanc İslamın Tovhid inancı ilə demək olar ki, eyniyyət təşkil edir.
Teizm özlüyündə iki hissəyə ayrılır:
1. Monoteizm - tək tanrıçılıq.
2.Politeizm - çox tanrıçılıq. Təcrübi olaraq Politeizm çoxsaylı allahların olması inancı deyil, eyni zamanda xüsusi panteonların olduğu inancıdır.
Bəşir Mansurov

Oxşar xəbərlər
Quranın adları
Qur'anın adları; Qur'anın yenə Qur'an tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qur'andır. Bunların bir qismini misal olaraq qeyd edək: Əl-Kitab - Qur'anda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar

Quran nə deməkdir ?
Qur'an kəliməsinin mənası oxumaq qiraət etmək deməkdir. Qur'an ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (a.s.) vasitəsiylə son peyğəmbər Məhəmməd (s.a.s) ə endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə ilə başlayıb

İlk Gündən İslam var
Geniş yayılmış təsəvvürün əksinə olaraq, İslam miladi VII əsrdə Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən təbliğ edilmiş tamamilə yeni təlim deyil. Bəşəriyyətin yarandığı gündən mövcud olmuş, Həzrət Adəm, Nuh, İbrahim, Musa və İsa (ə) kimi

İslam Dini
Dünyada geniş yayılmış, 1,3 milyard nəfərə yaxın ardıcılı olan dinin adıdır. Ərəb dilindən tərcümədə “təslim olmaq” mənasını bildirir. İslam dini insandan Allahın iradəsinə və müqəddəs qanunlarına qeydsiz-şərtsiz təslim olmağı tələb etdiyi üçün ona

ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu.
ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu. Tarix boyunca ateistlərin buraxdığı ən böyük səhvlərdən biri də bu idi ki, onlar Allahın varlığını öz məhdud ağılları, sərhədli düşüncələri ilə tam mənada dərk edib, təsəvvür edə bilmək istəyirdilər. Yəni onlar



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 4
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---