İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

ATEİZM, DEİZM VƏ TEİZM. 10-cu mövzu

İDDİA: İslam dini qadına qarşı çox mürtəce davranan bir dindir. İslamda çox arvadlılıqa icazə verilməsi və qadının ictimai fəaliyyətinin məhdudlaşdırılması qadın azadlığına və qadın hüquqlarına ziddir.
CAVAB: Bu iddiaya İslamın və sağlam ağıl müstəvisindən cavab verməyə çalışacayıq. Əslində bu heç də sağlam bir iddia deyil və İslam dinin həqiqi humanist məntiqindən xəbərdar olunmadığı üçün və ya qərəzli şəkildə ortaya çıxan bir ittihamdır.
Sualın cavabına keçməzdən öncə istərdim ki, biraz tarixin İslamdan əvvəlki dövrünə kiçik bir səyahət edək. Bu gün bütün şərq tarixindən xəbərdar olanlara şübhəsiz şəkildə məlumdur ki, İslamdan öncə ki, ərəb cəmiyyətində qadın, cəmiyyətdə ən lazımsız bir varlıq hesab olunur və heyvandan belə qiymətsiz sayılırdı. Belə ki, o dövrün insanı öz qızını diri-diri torpağa basdıran, qul qadınları fahişəliyə məcbur edən bir fərd idi. İslam gəldiyi gündən etibarən qız uşaqlarının öldürülməsinin tamamilə qarşısını aldı, bunu kəskin pislədi, fahişəlik və qadınların istismar olunması qadağan olundu, törədənlərə ağır cəzalar müəyyən edildi. İslam qadına məxsus xüsusi hüquqlar təyin etdi, onu satlıq mal olmaqdan azad etdi. Bəs yuxarıda sadalanan bu ittihamlara hansı konkret cavablar mövcuddur?
Bildiyimiz kimi İslam dini bütün ittiham və suallara qarşı daim dözümlü yanaşan və çox dəqiq konkret cavablara malik olan bir dindir. Odur ki, bizdə sözümüzün bu hissəsində yuxarıdakı iradlara qısa və ibtidai cavablar verəcəyik.
İslam dini niyə bir kişiyə maksimum dörd qadın almağa icazə verir? Bu hal əslində İslamda mütləq əmr deyil, sadəcə şərti bir icazədir. Bu icazədən məqsəd isə bildiyimiz kimi tayfalar arası və dövlətlər arası müharibələrdə öldürülən kişilərin qadınlarının başsız qalmaması, kənardan iyrənc təsirə məruz qalmaması, kiminsə köləsi olmaqdan xilas olması və qadını mümkün rüsvayçılıqdan qorunması üçündür. Bu gün bu çox arvadlılıqa qarşı çıxış edən qərbpərəst ziyalılar məgər Qərbdə və qərbdən təsirlənən şərqdə azad dedikləri qadının halını görə bilmirlərmi? Məgər qərbdə qadının vəziyyəti yaxşıdır? Onlarda bir kişi qeyri qanuni olaraq, öz rəsmi yoldaşından əlavə ömrü ərzində ən azı ortalama 6-7 qadınla əlaqədə olur. İslam bax həmin bu əxlaqsızlığın, özbaşnalığın və qeyri qanuniliyin, atası bilinməyən uşaqların doğulmasının qarşısını almaq məqsədi ilə işləri qanuniləşdirir və fəsadın qarşısını almaq məqsədi ilə bir kişiyə maskimum dörd qadın almağa icazə verir. Lakin burada da İslam kişini yenə də özbaşına buraxmır və ondan evləndiyi bütün qadınlarla eyni səviyyədə, İslam hüququ çərçivəsində, ədalətlə davranmağı tələb edir və kişinin qarşısına müəyyən ciddi şərtlər qoyur. Sizcə bir kişinin bir neçə qadına öz qeyrəti kimi sahib çıxaraq, onları qoruması, öz müdafiəsi daxilində saxlaması, hüquqlu arvadı etməsi yaxşıdır, yoxsa kənarda, gizlin və hər an rüsvay olmaqdan, hamının nifrətini qazanmaqdan qorxaraq məşuqə saxlaması yaxşıdır? Təbiiki bu gün bu qeyri qanuni məşuqələr üzündən nə qədər ailələrin dağılmasının da çox şahidi olmuşuq.
Bu gün İslamda qadın öz evinin zinəti hesab olunur. İslam qadın üçün onun evini, ailəsini ən fəxarətli yer hesab edir. İslam qadına ictimai işləri qadağan etməsə də, amma tövsiyə də etmir. Çünkü İslam istəmir ki, bir qadın səhərdən axşama qədər ictimai problemlərlə, vəzifələrlə yüklənərək, yorulsun və uşaqlarına, onların tərbiyəsinə lazım olan qədər diqqət ayırmasın. Yəqin şahidi olmusuz ki, daim ictimai işlərdə çalışan qadınların uşaqları adətən dayə və uşaq bağçasının hesabına tərbiyə olunur. Bu tərbiyə isə heç bir zaman normal ana tərbiyəsini əvəz edə bilməz. Uşağın körpə yaşında normal ana qayğısına möhkəm ehtiyac olur, bütün günü evdən kənar işlərlə möhkəm şəkildə məşğul olan xanım isə bu qayğını uşağından məcburi şəkildə əsirgəyir. Bütün bunlar İslamın qadının cəmiyyətdə yer tutmasına qarşı gəlməsi kimi başa düşülməsin. İslam sadəcə qadını, əhəmiyyəti az olan ictimai işlərdə deyil, öz ailəsində və ən mühüm iş olan uşaq tərbiyəsində əsas varlıq hesab edir. Bu isə heç də az məsuliyyət deyil. Cəmiyyəti kişilər idarə edir, amma o kişiləri isə bir qadın yetişdirir. Bu baxımdan qadın ailənin və bilavasitə cəmiyyətin təməl daşıdır. Onun mükəmməlliyi cəmiyyətin mükəmməlliyi deməkdir. Sizcə indi bu mövqedən baxsaq kişinin vəzifəsi üstündür ya qadının? Bəlkə məntiqlə düşündükdə bu həyatda analıq vəzifəsi, peyğəmbərlik vəzifəsi qədər ali və əzəmətli bir vəzifədir. Qadının ağır, məsuliyyətli ictimai işlərdə işləməsini tövsiyə etməyən bir din olan İslam, həmdə burada qadının incə, zərif məxluq olmasını nəzərə alır, onun çox yüklənməsinin, incidilməsinin, ağır ictimai işlərdə əzilməsinin və söz söhbət mövzusu olmasının qarşısını almağa çalışır.
İslamın müqəddəs şəxsiyyətləri daima öz sözlərində qadınlara qarşı mehriban və ədalətli olmağı çox şiddətlə tövsiyə edirdilər. Ailə həyatı məsələsində də ən gözəl örnəyi təşkil edən İslam Peyğəmbəri (s) heç bir zaman xanımlarına qarşı sərt münasibət göstərməmiş və onlarla daima xoş davranaraq, hər birinə şəfqətlə münasibət göstərmişdir. Hz. Muhəmməd (s) bir yerdə belə buyurur: - "Sizin ən xeyirliyiniz öz xanımına qarşı ən gözəl davrananınızdır"
İslama görə qadınlar Allahın bizə əmanətləridir. Buna görə də bu əmanəti qorumaq hər bir kişinin vəzifəsi və borcudur. Necə ki, əziz İslam Peyğəmbəri (s) də Vida xütbəsində "Qadınlar sizə Allahın bir əmanətidir" deyə buyurmuşdur.
İslamda qadın İslam düşmənlərinin iddia etdikləri kimi, şəxsiyyəti olmayan, bu səbəbdən də ərinə tabe olmaq məcburiyyətində qalan, özünü idarə etməyi bacarmayan, ağlı inkişaf etməmiş bir varlıq deyildir. Əksinə, mehriyyə (kəbin zamanı qadına məxsus xüsusi pay) istəmə və mülkə sahib olma haqqına sahib, şəxsiyyətli bir varlıqdır. İslam qadın və kişini iki qanada, ailəni isə bir quşa bənzədir ki, quşun uça bilməsi üçün iki qanad sağlam olmalıdır və onların hər birinin hüququ təmin edilməlidir. İslamda qadının təhqir olunması və nahaqdan döyülməsi qəti qadağan olunmuşdur. İslam Peyğəmbəri (s) bir hədisdə buyurur: “Mən Qiyamət günü öz həyat yoldaşını nahaqq yerə vuran şəxsə düşmən olacam. Öz həyat yoldaşlarınızı vurmayın! Öz həyat yoldaşını nahaqdan vuran şəxs Allahın və onun Rəsulunun əmrinə itaətsizlik etmiş olar”.
İslam subay kişilərədə əsas tövsiyə olaraq bildirir ki, özlərinə elə uyğun xanım seçsinlər ki, sonra gələcəkdə onları narahat edəcək və qadını hər hansı bir işə məcbur edəcək qədər bir neqativ hal yaranmasın.
Hətda burada qeyd olunmalıdır ki, ən şəxsi, məhrəmani məsələlərdə belə yenə də İslam qadının tələbatının lazımlı həddə ödənməsinin vacibliyini vurğulayır. İslam qadının cinsi istəyini yerinə yetirməyən, və ya ehtiyac olandan çox az yerinə yetirən, qadına bu mənada diqqət ayırmaya, heç bir oxşama, əzizləmə olmadan, sevgi dolu sözlər demədən və qadını bu prosesə hazırlamadan bir başa cinsi əlaqəyə keçib, ancaq özünü düşünən bir kişini kəskin pisləyir və o kişini heyvana bənzədir.
Xüsusi qeyd: burada diqqət olunası bir məqamda bundan ibarətdir ki, əgər bu gün hər hansı bir özünü müsəlman hesab edən adi şəxs və ya alim (xüsusən sələfilik və vəhhabi alimləri) qadınların hüquqlarını kobud şəkildə pozur və İslama uyğun olmayan qanunlarla qadınların hüququnu tapdalayırsa, biz bunu İslam adına yaza bilmərik. Bu sadəcə hansısa İslamın həqiqətindən xəbərsiz olan dırnaqarası alimin, özünə məxsus olan və islam məntiqinə uyğun olmayan iyrənc bir fətvasıdır.


Mansurov Bəsir 24.09.2016

Oxşar xəbərlər
ATEİZM, DEİZM VƏ TEİZM. 8-ci mövzu
SUAL: Din tiryəkdirmi? Materialistlər iddia edirlər ki, din Allah tərəfindən göndərilməyib və insanlar tərəfindən uydurulub. Onlar iddia edirlər ki, dinin insanlar tərəfindən yaradılmasındakı məqsəd isə siniflər arası sərhəd yaratmaq, varlıların

Ailə huququ
İslamda ailə hüququ Yalnız fərdlərin həqiqətə malik olmasına inanan, cəmiyyəti sadəcə zehn və xəyalın uydurması kimi təsəvvür edən fəlsəfi ideologiyanın əksinə olaraq İslamda və onun hüquqi sistemində ailə cəmiyyəti özünəməxsus həqiqətə və xüsusi

Xanımlar oxusun
Xanımlar – zəirf və incə məxluqlardırlar. Ancaq unutmaq lazım deyildir ki, sadəcə hisslərlə yaşamaq kifayət deyildir. Həyatda çox zaman hissləri kənara qoyub, ağılla qərar çıxartmaq lazımdır. İmam Zaman ağanın (ə.f) intizarında olan xanım – o

Həqiqi Din
İslam dini bəşəriyyət üçün xoşbəxtlik və qurtuluş manifestidir. O, istənilən cəmiyyətdə istənilən insan fərdi üçün ən yüksək həyat şəraitini təmin edə biləcək ümumbəşəri əbədi dindir. İslam dini həm böyük, həm də kiçik miqyaslı cəmiyyətlərdə, qadın

Ailənin Tərifi
Ailə cəmiyyətin ən kiçik və ən önəmli parçasıdır və sadəcə qarşı cinsə duyulan fiziki bir marağın nəticəsində meydana gələn bir qurum deyil.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 6
    Qonaqlar: 5

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---