İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Qatqısız və tam keyfiyyətli ətirləri sizə təqdim edirik. 055 811 23 91imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

ATEİZM, DEİZM VƏ TEİZM. 7-ci mövzu



SUAL: Şeytanın yaradılışında məqsəd nədir? Niyə Allah insanların azmasına səbəb olan bu tip şər varlığı yaratdı? Şeytanın yaradılışı hansı məntiqə əsasəndir?

CAVAB: Bu suala cavab verməmişdən öncə ilk olaraq onu deyək ki, müsəlman əqidəsinə və sağlam ağıla görə Allahı, yaratdıqları barədə qərəzli şəkildə, şikayətlənərək sorğu-suala çəkmək, Allahdan hesab soruşmaq insanın həddinə olmayan bir mövzudur. Quran Ənbiya surəsində 23-cü ayədə də bu barədə buyurur ki, "kimsə Allahdan hesab sora bilməz". Çünkü hesabı adətən bir xəta işləmiş, cinayət etmiş və məhkum olunmuş şəxsdən sorarlar. Allah isə bütün eyib və nöqsanlardan pakdır. Lakin yaranışın hikmətin bilmək və varlıq aləminin niyə yaradıldığını öyrənmək qəsdi ilə sual soruşmaqın və öyrənməyə çalışmağın nəinki heç bir maneəsi yoxdur, əksinə öyrənmək, düşünmək və anlamaq İslamda təşviq olunan mühüm məsələlərdəndir. Sadəcə suallar etiraz və istehza xatirinə verilməməlidir.

İlk öncə onu qeyd edək ki, yaranışda heç bir varlıq zatı etibarı ilə şər olaraq yaradılmamışdır. Yaranan hər hansı bir iradi varlıq ona verilən ixtiyarın və azadlığın sayəsində şəri və ya xeyiri seçməkdə azaddır. Allah kimisə şəri və ya xeyri seçməkdə məcbur etməz. Həmçinin şeytan adlı məxluq da ilk öncə alçaq formada yaradılmamışdır. Məsəl üçün burada qeyd edək ki, şeytan da cinlər kimi oddan xəlq olunmuşdur. Od özü-özlüyündə pis bir şey deyil. Od bu gün insanın yaşaması üçün ən zəruri elementlərdən biridir və həyatımızın ayrılmaz hissəsidir. Burada incə məqam budur ki, yalnız xeyir məqsədlər üçün yaradılan həmin bu odun, şər və ya xeyir olmasına isə insan öz ixtiyarı nəticəsində qərar verir. Əgər insan bu oddan yemək hazırlamaq, qızınmaq, nəyisə əritmək üçün istifadə edərsə, o zaman xeyir olar, yox əgər kiminsə evini yandırmaq, meşəni yandırmaq və ziyan vurmaq üçün istifadə edərsə o zaman şər olar. Ümid edirik ki, buradan mətləbin bir hissəsi az da olsa aydınlaşdı.
Dində mötəbər rəvayətlərə və Quran ayələrinə əsasən məlum olur ki, Şeytan ilk vaxtlarda mələklərlə bir sırada dayanan və Allaha çoxlu ibadəti olan bir varlıq olmuşdur. Demək ki, şeytan ilk əvvəl hamı kimi xeyir üzərində yaradılmış, sadəcə sonradan ona verilən azadlıqdan sui istifadə edərək, qəlbindəki paxıllıqı biruzə vermiş və Allaha üsyan edərək, azğınlığa düçar olmuşdur.

İkinci bir tərəfdən isə, yaranış qanunlarına əsasən, ziddiyyət olmayan yerdə tərəqqi, inkişaf ola bilməz. Suyun hərəkəti üçün bir tərəfin digər tərədən hündür ya alçaq olması lazımdır. Yəni təzadlar, maneələr olmadan və bu maneələrlə ixtiyarı formada mübarizə aparılmadan insan öz ruhunda qərar tapan həqiqi kamilliyə, insanlığın zirvəsinə, ali xoşbəxtliyə və həqiqi ləzzətə çata bilməz. Yəni şeytan və onun təsir ünvanı olan nəfs olmasaydı insanın həyatı mənasız, durğun və inkişafdan qalan bir həyata çevriləcəkdi. Qəsdimiz bu deyil ki, deyək ki, həyatı gözəlləşdirən şeytandır. Xeyir. Həyatı gözəlləşdirən və həyata məna verən insanın şeytanla (bütün çirkinlik və pisliklərlə) mübarizəsidir. Şeytan güc və potensial etibarı ilə insandan qat-qat aşağı bir gücə malikdir. Yəni insanın şeytandan qorxması və hər şeyi onun boynuna atması əbəsdir. Özünün qüdrəti və gücü ondan çox olduğu halda, yenə də şeytana mübarizə meydanında uduzması insanın öz günahıdır. Belə bir kobud misal çəkək: - təsəvvür edin ki, bir idmançını biz nə vaxt qalib, güclü və çempion hesab edirik? Məşq zalındamı? Xeyir. Heç kimsə məşq zalında çəkdiyi əziyyətə görə dərhal çempion hesab edilmir. Onun qalib və ya məğlub olduğunu, güclü və ya gücsüz olduğunu, içində olan istedadını, qabiliyyətini yarış meydançasında, rəqiblə üzbəüz gələrkən, apardığı mübarizə zamanı müşahidə edirik. İnsan isə fitrən kamil yaradılmasına baxmayaraq, yaradılışın qanunlarına əsasən öz kamilliyinə çatmaq üçün mütləq ixtiyarı formada, öz sərbəst seçimi əsasında mübarizə aparmalıdır. İnsanın şeytanla olan mübarizəsi zamanı insan əslində öz gizlin istedadlarını kəşf edir, öz gizlin gücündən və potensialından xəbərdar olur, ruhunun dərinliyində indiyə qədər hiss etmədiyi ali ləzzətləri üzə çıxarır, yaşamaqından hamıdan artıq zövq almağa başlayır və əgər sona qədər mübarizədə qalib olarsa o zaman təbii nəticə olaraq əbədi bir xoşbəxt həyata nail olur. Bütün bunlara şeytan və nəfs kimi bir varlıqla mübarizə aparmadan nail olmaq mümkünsüzdür. Əgər mümkün olsaydı şeytan qətiyyən yaradılmazdı. Buradan belə sual çıxa bilər ki, bəs olmazdı ki, Allah bütün bu sayılanları bizə mübarizə aparmadan verəydi? Sualın qısa cavabı budur ki, bəli Allah verə bilərdi. Lakin o zaman biz qiyməti insandan çox aşağı olan bir məcburi varlığa dönmüş olardıq, yəni insanlığımızdan əsər əlamət qalmazdı və Allahın bizə verdiklərinin qədrini bilməzdik, çünkü bütün bunları əziyyət çəkmədən qazanmış olacaqdıq. İlahi istək budur biz özümüz azad şəkildə əziyyət çəkərək öz əziyyətimiz və mübarizəmiz sayəsində xoşbəxtliyə çataq. Bu mübarizə və əziyyətin sayəsində Allah insanı bütün yaradılmışların ən üstünü hesab edir. Çünkü insan hər şeyə Allahın müəyyən köməyi ilə özü nail olur

Şeytan səbəb olur ki, insan sabah ona mane olacaq bütün zəif xüsusiyyətlərindən xəbərdar olur, onları düzəltmək barədə düşünür. Şeytan səbəb olur ki, pis və yaxşı insanlar seçilir, fərqlənir. Şeytan səbəb olur ki, insan gücünü aşkar edərək güclü bir varlığa çevrilir.

O ki qaldı şeytanın sayəsində dünyada baş verən pis hadisələrə, burada onuda qeyd edək ki, bu hadisələr düzdür şeytanın təlqini ilə olsa belə amma əsas olaraq insanın öz ixtiyarı nəticəsində baş vermişdir. Qısaca deyək ki, şeytan bizə qətiyyən tam mütləq hakim deyil və olada bilməz. O sadəcə bizə kənardan vəsvəsə edər və pis yolları bəzəyərək bizə gözəl göstərər. İndi insan öz ağlı, vicdanı və düşüncəsi sayəsində ya bütün hiylələri anlayıb onlara tərəf getməz, ya düşünmək istəməyərək və ya pis olduğunu bildiyi halda ixtiyari formada onlara tərəf gedər. Şeytan bir od misalıdır. Bəziləri bu odla özünü yandırar, bəzilə istifadə edib xeyirli işlərə sərf edər.


Mansurov Bəşir

Oxşar xəbərlər
Cin və şeytan haqqında
Cinlər zahiri gözlə görünməyən varlıqlardır. Cinlər gözlə görülməyəcək qədər sürətli varlıqlardır. İnsanlar kimi Allaha qulluq və ibadət üçün yaradılmışlardır. Uca Rəbbimiz: "Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım"

ATEİZM, DEİZM VƏ TEİZM. 6-cı mövzu
[Ateistlərin inanclı insanlara yönləndirdiyi maraqlı suallardan biri də budur: SUAL: Dünyada elə tayfalar, millətlər yaşayır ki, onların dinlərdən, peyğəmbərlərdən və ilahi əmrlərdən xəbəri yoxdur. Bəs o zaman onların aqibəti necə olacaq? Əgər

ATEİZM, DEİZM VƏ TEİZM. 5-ci mövzu..
Ateistlərin sualı və qısa cavab. Ateistlərin inanclı insanlara yönləndirdiyi maraqlı suallardan biri də budur: Sual 1: Allah hər şeyin taleyini müəyyən edibsə və öncədən hər şeyi plan əsasında qurubsa o zaman niyə bizi bəzi işlərimiz,

ATEİZM, DEİZM VƏ TEİZM. 4-cü mövzu.
ALLAHIN VARLIĞINI İSBAT ETMƏK MÜMKÜNDÜRMÜ? Son sərlərdə, dünyada, xüsusəndə Avropada belə bir fikir yaranmışdır ki, Allah mövzusu bəşərin həll edə bilməyəcəyi mövzudur. Bu fikri irəli sürənlər Allahın varlığını inkar etmirlər, əksinə

ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu.
ATEİZM, DEİZM VƏ TEİZM -1-ci mövzu. Tarix boyunca ateistlərin buraxdığı ən böyük səhvlərdən biri də bu idi ki, onlar Allahın varlığını öz məhdud ağılları, sərhədli düşüncələri ilə tam mənada dərk edib, təsəvvür edə bilmək istəyirdilər. Yəni onlar

  • ☆ Madarotor ☆
  •       İstifadəçi saytda deyil
Yazdı: besir  (29 noyabr 2016 20:27)
Sitat: Namiq
MasAllah bele bir paylasimlar davamli olsun.

İnsaAllah davamlı olacaq.

  • ♥ İstifadəçi ♥
  •       İstifadəçi saytda deyil
Yazdı: Namiq  (16 oktyabr 2016 19:17)
MasAllah bele bir paylasimlar davamli olsun.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 3
    Qonaqlar: 2

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: