Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Allahın ən üstün bəndələrinin 5 nişanəsi.

Allahın ən üstün bəndələrinin 5 nişanəsi.
+1
  • 08 iyun 2018
  • Bölmə: Allah
  • Baxış: 1 635
  • Şərhlər: 0
  • Müəllif: imameli.az
Mətndə qrammatik səhv var?
Allahın ən üstün bəndələrinin 5 nişanəsi.


Allahın ən üstün bəndələrinin 5 nişanəsi.

İnsan kamala meyil edən bir varlıqdır. Ona görə də həmişə ən yaxşılardan olmağa çalışır. Allah Təala insana bu yolda yardım edir və ona ən yaxşı olmağın yollarını göstərir. İmam Rza (ə) Allahın bir vəlisi kimi bu yolları bizə tanıdır.

İmam Rza (ə) ən üstün Allah bəndəsini bizə belə tanıdır: “Onlar ki, nə zaman yaxşılıq etsələr – sevinərlər, nə zaman pislik etsələr – bağışlanmaq istəyərlər, nə zaman əta olunsalar – şükür edərlər, nə zaman bəla görsələr – səbir edərlər, nə zaman qəzəblənsələr – bağışlayarlar”. (Tebyan)

1. Onlar ki, nə zaman yaxşılıq etsələr – sevinərlər. Allah bəndələrinin ən üstün xüsusiyyəti odur ki, başqalarına yaxşılıq edən zaman bundan sevinər və şad olarlar. Ona görə də Qiyamətin sabahısı günü də sevinərlər. “Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar”. (“İnşiqaq” 9).

2. Nə zaman pislik etsələr – bağışlanma istəyərlər. Bu insanlar daima Allahla rabitədədirlər və etdikləri günahlarına görə tövbə edər və istiğfar edərlər. «Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!». (“Ali-İmran” 193).

3. Nə zaman əta olunarlar – şükür edərlər. Allah bəndəsi daima şükür halındadır, istər Allaha, istərsə də insanlara qarşı. İmam Rza (ə) buyurur: “O kəs ki, məxluqun şükrünü yerinə yetirməz, Böyük Allahın şükrünü yerinə yetirməmiş olar”.

4. Nə zaman bəla görsə - səbir edər. Səbir – Allah bəndələrinin ən üstün sifətlərindəndir. “Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. (“Bəqərə” 153).

5. Nə zaman qəzəblənsələr – bağışlayarlar. Yəni, bu insanlar öz qəzəblərini kontrol etməyi bacarırlar. “(Təqvalılar) həmin o kəslər(dirlər) ki, ... qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir”. (“Ali-İmran” 134).
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.