İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



imameli.az

Allaha gedən yolda hallar


Qurani-kərimdə buyurulur: “Allah səbir edənlərlədir”. Peyğəmbərimizdən iman barədə soruşdular, “səbir və xoş əxlaqdan ibarətdir”, - deyə cavab verdi. Başqa bir hədisdə isə deyilir: "İman iki hissədən barətdir: yarısı səbir, yarısı da şükürdür”.

Səbir, fəqrdən sonra növbəti məqamdır. Səbir məqamında yoxsulluq içində yaşayan şəxs çətinliklərə dözər, fəqrdən doğan ani əziyyətlərə səbir edər.

Möminə istər nemət verilsin, istərsə bəla, - başa düşər ki, bunlar ilahi qəzavü-qədərin nəticəsi, haqqın iradə və ixtiyarının məhsuludur. Əgər sınaq üçün verilirsə, mömin səbir edər; əgər məhəbbət və lütf məqsədilə verilirsə, şükür söyləyər.

Ariflərin fikrincə, səbirin ən yüksək dərəcəsi odur ki, bəladan xilas olmağın intizarını çəkməyəsən. Şeyx Nəsirəddin Tusi səbirin 3 növü olduğunu göstərir:

Səbirin birinci növü avamlara məxsusdur; onlar əsil ariflərə bənzəmək arzusu ilə bəladan şikayət etməz və dözərlər.

Səbirin ikinci növü abidlərə, zahidlərə və təqva əhlinə məxsusdur ki, axirət mükafatının təmənnası ilə səbir edərlər.

Nəhayət, ariflərin səbiri bunların hamısından üstündür. Onlar bəlanı Allahdan bir lütf kimi qəbul edib bundan ləzzət alarlar (Nəsirəddin Tusi – “Övsaf əl-əşraf”).

İrfan ədəbiyyatında səbir – salikin vücudunu misdən qızıla çevirən sehirli vasitəyə bənzədilir. Mövlana Rumi isə səbiri Həzrət Yusifi (ə) quyudan çıxaran xilaskar ipə oxşatmaqla, onun insana fəlakətdən nicat verən vasitə olduğunu bildirir.

Oxşar xəbərlər
Evliliyin Məqsədi
Evlilikdə birinci məqsəd ər-arvadın Allahın rizasını qazanmaqda yardımlaşmalarıdır. Çünki onlar bir-birlərinin maddi və mənəvi ehtiyaclarını qarşılayaraq günaha düşmələrinin qarşısını alarlar.

Evliliyin Hökmü
Normal insan üçün evlilik sünnətdir. Yəni Rəsulullah, Allaha daha yaxşı qulluq etmək məqsədi ilə evlənmiş və bizə də eyni şəkildə davranmağı tövsiyə etmişdir. Bu ümumi bir hökümdür. Bundan başqa özəl hökümlər də vardır.

Ailənin Önəmi və Dəyəri
Ailə insanlığın ən qədim olduğu qədər ən əsas bir qurumudur. Çünki insan yaradılış baxımından tək başına yaşamağa deyil, bir ailə içində yaşamağa meyillidir.

Təvəkkül
Təvəkkül – hər şeyi mütləq Malikin (yəni Allah-təalanın) öhdəsinə buraxmaqdır. Bu məqamda arif dərk edər ki, Allah ondan daha bilikli və daha qüdrətlidir.



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 4
    Qonaqlar: 4

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---