Rəsulullah (s): "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır" (Mütəvatir)
Namaz Vaxtları

Ana haqqı və onun çəkdiyi əziyyət

Ana haqqı və onun çəkdiyi əziyyət
+1
  • 11 mart 2018
  • Bölmə: Ailə
  • Baxış: 2 388
  • Şərhlər: 0
  • Müəllif: movlan
Mətndə qrammatik səhv var?
Ana haqqı və onun çəkdiyi əziyyət

İslam bir din olmaqla yanaşı həm də böyük bir mədəniyyətdir. Daha doğrusu böyük bir mədəniyyəti əks etdirən, böyük bir mədəniyyəti içinə almış ilahi bir din!

Bu mədəniyyətin əsas göstəricilərindən biri də ailə, ailə münasibətləridir. Ailə mövzusu o qədər mühüm bir amildir ki, bu amilin dərin izləri insanın bütün fərdi və içtimai həyatında özünü aşkar və aydın şəkildə biruzə verir.

Yəni ailə birbaşa cəmiyyətə fərd yetişdirir. Həmçinin ailə hələ öz ayaqları üstə dura bilməyən azyaşlı üçün, yaxud yaşlılıqdan taqətdən düşmüş, xəstəlikdən gücünü itirmiş insanın sığınacaq yeridir. Bütün bu və bu kimi səbəblər ailədə xoş ünsiyyəti və fərdlərin bir-birinə bağlılığını zəruri edir.

Bunun üçün insana düzgün həyat proqramı lazımdır. Bəli! Bu proqramı insana təqdim edən yeganə mədəniyyət və din İslamdır!

Bu mədəniyyət bəndənin Allah qarşısında, bəndənin bəndə qarşısında, bəndənin digər canlılar qarşısında, insanların ailə və cəmiyyətdə qarşılıqlı münasibətləri barədə, hatta insanın özü ilə rəftarı barədə hər cür haqq və hüquq təqdim edib. Bu cür haqqlardan biri də ANA haqqıdır!

İmam Səccad (ə) ana haqqlarına toxunaraq buyurur:

“Ananın haqlarından biri də budur ki, o səni öz bətnində gəzdirib. Halbuki bunu, ondan başqa kimsə sənin üçün etməyib!

Öz ürəyinin meyvəsini (yağını) sənə yedirdib. Halbuki bunu sənin üçün ondan qeyrisi etməyib!

O, öz qulağı, gözü, əl-ayağı, saçı, dərisi ilə, xülasə bütün varlığı ilə səni qoruyub. O, bütün vaxtı belə olub və özü də bundan hər zaman şad və xürrəm olub.

Hamiləlik dövründə nər növ dəhşəti, çətinliyi, qəm və kədəri cani dildən qəbul etmiş və bütün bunlara səbr etmişdir.

Bundan sonra özü ac olsa belə səni doydurmuş, özü libassız olsa belə səni geydirmiş, ozü susuz olsa belə səni sirab etmiş, özü günəşin altında olsa belə sənin üçün kölgə olmuş, çətinliklərə sinə gələrək sənin üçün asanlıq yaratmış, öz yuxusuzluğu ilə yuxunu sənin üçün şirin etmişdir!

Ana səni daxilinə alan bir aləmdir! Onun qucağı sənin aramlıq yerindir!

Sinəsi sənin sirab yerindir! Canını sənə sipər edəndir!

O dünyanın isti, soyuğuna yalnız sənə xatir dözür. Elə isə sən də ona bu əndazə və ölçüdə minnətdar ol!

Onu (əsla) tərk etmə!
Əks halda Allahın tofiq və inayətinə yetişməzsən!” (Tuhəful-uqul 242)

Həqiqətən İslam qədər insana və insanlığa dəyər verən ikinci bir mədəniyyət yoxdur!
İnformasiya
« Qonaq » qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.