İmam Əli Məktəbi İmam Əli Məktəbi İmam Əli Məktəbi



Share ətir və hədiyyə mağazası imameli.az
Müqəddəs torpaqlara ziyarət. Whatsapp: 055 811 23 91imameli.az

İslamda evlilik

Evlənməyə həvəsləndirmək
«Subaylarınızı, əməli saleh qullarınızı və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah Öz fəziləti ilə onları varlı edər. Allah geniş lütf və elm sahibidir.» (Nur, ayə 32)

«…Və Onun (qüdrət) nişanələrindən biri də ünsiyyətdə olmağınız üçün sizə zövcələr yaratmasıdır. Sizin aranızda məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda nemət barədə düşünən insanlar üçün böyük ibrətlər vardır.» (Rum, ayə 21)

Allahın Peyğəmbəri (s):«Kim Allahla pak və təmiz halda görüşmək istəyirsə, ailəli halda Onun görüşünə getsin.» (Biharul-Ənvar, c.103,səh. 220, hədis 18)

Allahın Peyğəmbəri (s):«İslamda evlənmək qədər Allaha sevimli və əziz olan heç bir bina qurulmamışdır.» (Biharul-Ənvar, c.103,səh. 222, hədis 40)

Allahın Peyğəmbəri (s)
:«Evlənmək mənim sünnəmdir. Kim mənim sünnəmdən üz döndərərsə mənim ümmətimdən deyil.» (Biharul-Ənvar, c.103,səh. 220, hədis 23)

Allahın Peyğəmbəri (s):«Gənc çağında evlənən elə bir cavan olmadı ki, onun şeytanı belə fəryad qoparmasın:«Vay olsun ona! Vay olsun ona! Dininin üçdə ikisini mənim şərrimdən qorudu.» Buna görə də, insan digər üçdə biri qorumaq üçün ilahi təqvanı qazanmalıdır.» (Biharul-Ənvar, c.103,səh. 221, hədis 34)


Allahın Peyğəmbəri (s):«İnsan evlənən zaman dininin yarısını kamilləşdirmiş olur. Digər yarısını qorumaq üçünsə İlahi təqvanı qazanmalıdır.» (Kənzul-Ummal, hədis 44403)

Allahın Peyğəmbəri (s):«Yuxuda olan evli şəxs, Allah yanında gündüzlər oruc tutan, gecələr ibadət edən subaydan üstündür.» (Biharul-Ənvar, c.103,səh. 221, hədis 25)

Allahın Peyğəmbəri (s):«Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar.» (Biharul-Ənvar, c.103,səh. 217, hədis 1)

Allahın Peyğəmbəri (s): «Öz subaylarınızı evləndirin. Bu əməllə Allah-taala onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar.» (Biharul-Ənvar, c.103,səh. 272, hədis 38)

İmam Sadiq (ə): «Evlinin qıldığı iki rəkət namaz, subayın qıldığı yetmiş rəkət namazdan üstündür.» (Biharul-Ənvar, c.103, səh. 219, hədis 15)

Oxşar xəbərlər
Zina haqqında
Zinanın qadağan olması Quran: «inaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!.» (İsra, ayə 32) Hədis: Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona

Qurani-Kərim oxumaq haqqında 20 hədis
1 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.” 2 - İmam Əli (ə) buyurmuşdur: “Ən fəzilətli zikr Quran

İnsanları təhqir etmək
Ey əziz qardaş, Allah bəndəılərindən heç kəsi təhqir etmə və heç kəsə tənə vurma! Rəsulullah (s) buyurub: Hicab arxasında mənə vəhy nazil oldu: Ey Muhəmməd, kim mənim vəlimlə ədavət etsə, Mənimlə ədavət edər. Kim mənimlə ədavət etsə, Məndə onunla

Hz. İmam Mehdi (ə.s.)
Aşağıdakı hədislər İmam Mehdinin (ə.s.) qeybət dövründə seçilmiş tərəfdarlarına göndərdiyi tövqilərdən (məktublardan) götürülüb. "Hər kimin Allahdan istəyi olsa, cümə gecəsinin yarısı keçəndən sonra qüsl alsın, sonra namazgaha keçsin (yəni namaz

Saleh əməllər haqqında hədislər
♥Bismillahir Rəhmanir Rəhim...♥ Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə... 133. Rəsuli-Əkrəm (s.a.a.)



Hörmətli « Qonaq », sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.



     
    Cəmi istifadəçilər: 2
    Qonaqlar: 1

    Online İstifadəçilər: 
    ---

     Saytda olmuş ən son 20 nəfər: 
    ---